Hamiləlikdə olan damar və dəri problemləri
Hamilə qadınlarda damar genişlənməsiHamilələrdə damar genişlənmələri , əsasən aşağı ətraflarda, xarici cinsiyyət üzvündə görünür. Doğumdan sonra bu dəyişiklik bir qədər geri çəkilir. Damar genişlənməsi olan hamilələrə dərin Venaların Doppleri müasinəsi aparılır, tromboz varsa, müəyyən edilir və hamilə qadın nəzarətdə saxlanılır.
Hamiləlikdəki damar dəyişiklikləri:Üzdə, qollarda və ayaqlarda şişkinlik, qızarıqlıqlar, isti-soyuq hissiyyatının artması, kapilyarlarda və varikoz damarlarda artış, Hemorroidlərin ortaya çıxması, Diş əti qanamalarına yol açan diş ətlərindəki qızarıqlıq, müxtəlif yerlərdə lokal göyərmələr, damarlarda iltihab və tıxanma (tromboflebit və ya dərin venaların trombozu) şikayətləri ola bilər.
Bu şikayətlərin bəziləri problem yaratmır. Amma Dərin Venaların Trombozu (DVT) çox ciddi problemlər yarada bilir. Belə ki, damara yapışmış tromb hər an damara yapışdığı yerdən qoparaq (adi bir hərəkət sonrasında), ağciyərlərə tromb emboliyası verə bilər və hər an ana ölümü baş verə bilər. Bu hadisə hər şey yolunda göründüyü zaman belə (doğumdan, keysəriyyə əməliyyatından sonra qadın evə buraxıldıqdan sonra belə) anidən baş verə bilər. Dərin Venaların Trombozu durumu çox ciddi yanaşılması gərərkən bir durumdur.
Kapilyar damar qızarıqlıqlarının dəri üzərində (hörümçək toru , xəritə kimi görünməsi ) müalicəsi "Lazer" ilə yandırılmasıdır.
Dəri çatlamaları (Striyalar)Hormonal dəyişikliklərə bağlı olaraq qarın, süd vəzilərində, bud, baldır nahiyyələrində çatlamalar yarana bilir. Bunlar yeni yaranarkən çəhrayı, bir müddətdən sonra parlaq ağ rəng alır. Striyaların müalicəsində “karboksiterapi” (karbondioksid qazının dəri altına yeridilməsidir) istifadə etmək fayda verir.
Hamiləlik müddətində hormonal deyişimə bağlı “akne” və dəridə yağlanma , tərləmənin artması müşahidə oluna bilər.
Hamiləlik müddətində və doğumdan sonra bədəndə, əsasən qarın nahiyyəsində orta xətdə tüklər arta bilər, saçlar gurlaşa bilər.
Zahılıq dövründə sonradan çıxan tüklər tökülür, o cümlədən də saç tökülməsi artır.
Bəzən dırnaqların da forması dəyişir, kövrəlir, qırılmağa meylli olur, nazilir.
Hormonal dəyişimə bağlı olaraq dəri rənginin də dəyişməsi müşahidə olunur. Dəri rəngi hamiləlik müddətində tündləşir, qarının orta xəttində daha tünd xətt yaranır. Dəri rənginin tündləşməsi eyni zamanda süd vəzi gilə ətrafında, qoltuqaltı nahiyyədə,genital nahiyyədə, üzdə ləkələr şəklində olur.
Hamiləlikdə görünən dəri xəstəlikləri:- Ekzema
- Övrə
- Psoriaz
- İnfeksion xəstəlikləri (immun sistemindəki dəyişiklik, əsasən göbələk və virus xəstəliklərinin şiddətində artıma səbəb olur)
- Birləşdirici toxuma xəstəlikləri
- Metabolik xəstəliklər
- Dəri törəmələri.
HAMİLƏLİK MÜDDƏTİNDƏ GÖRÜNƏN DƏRİ DƏYİŞİKLİKLƏRİ
Hamiləlik dermatozu deyilən bir durum var, bu zaman hamilə qadının dərisində narahatedici qaçınmalar yaranır. Bəzən təhlükəli əlamət kimi dəri qaşınmalarına rast gəlmək olur (HELLP sindromu). HELLP sindromu Preeklampsiyanın ağırlaşması kimi qiymətləndirilir, hamilə üçün həyati təhlükəli bir vəziyyətdir. Əgər HELLP sindromun əlamətləri (əsasən trombositlər 100.000-dən aşağı olarsa) varsa, artıq hamilə qadına kömək etmək mümkün olmur, prosesi dayandırmaq mümkün olmur, çox təəssüf ki belə hallarda ana ölümü baş verir.
Bunları ayırmaq üçün bəzi qan testləri verilir və diaqnoz dəqiqləşdirilir.
Hamiləlik dermatozları isə dəri qaşınmalarla gedən dəri tökülmələridir.Çox vaxt xoş gedişlidir, doğumdan sonra öz-özünə çəkilir, amma bçox nadir hallarda proses daxili orqanlara keçir, ana və körpə üçün problem yarada bilir. Bunları ayırmaq üçün bəzi testlər lazım olur.
Hamiləlik dermatozlarının sonrakı hamiləliklərdə təkrarlanma ehtimalı vardır.