Hansı hamilələr risk altındadır?
Əvvəllər hamiləliyi düşüklə nəticələnən, dölün inkişafının bətndaxili ləngiməsi və ya preeklampsiya yaşayan hamilələr, şəkər xəstələri, yüksək təzyiqli (hipertenziya) hamilələr və yaşı 35-dən yuxarı olan hamilələr risk altındadır.
Bundan başqa hamiləliklərindən əvvəl damar daxili tromboz durumu varsa, bu hamilələr də risk altındadırlar. "Trombofiliya" adı verilən damar daxili laxtalanmalı (trombozlu) hamilələr də düşüklə, erkən doğumla, Dölün İnkişafının Bətndaxili Ləngiməsi kimi riskləri vardır. Bu zaman bu hamilələrə Aspirinlə yanaşı qanın laxtalanmasını təmin edən iynələr də təyin edilə bilir.
Ancaq bir düşüyü olan qadınlarda düşük səbəbi (90% )dölün xromosom anomaliyasıdır, belə halları araşdırmaq üçün analizlərə baxmırıq və ailələrə təkrar hamilə qalmaları tövsiyə olunur.
Ancak iki və ya daha şox hamiləliyi düşüklə nəticələnən qadınlardakı səbəblər daha fərqlidir və hamiləlikdən öncə daha dərin araşdırma aparılmalıdır.
Antifosfolipid sindrom nədir?Trombofiliya - damardaxili laxtalanmanın artması, trombların yaranmasına və bunun nəticəsində mikro sirkulyasiyanın pozulmasına səbəb olan patoloji prosesdir.
Trombofiliya :
- anadangəlmə - irsi (V- Leiden amilinin gen mutasiyası - homoziqot və ya heteroziqot, Protrombin genin G202210A mutasiyası - homoziqot və ya heteroziqot, Antitrombin III -nün çatışmazlığı, C və S proteinlərinin çatışmazlığı, Hiperhomosisteinemiya )
- qazanılmış (antifosfolipid sindrom) olur.
Trombofiliyada hamilə qadının damarlarında yaranan mikro laxtalar plasentanın qan dövranını pozaraq, dölün inkişafını pozur və aşağıdakılara səbəb ola bilir:
- İmplantasiyanın erkən pozulması.
- Erkən düşüklər, gec düşüklər, erkən doğuşlar, dölün antenatal (bətndaxili) ölümlər, ölüdoğulma
- Dölün İnkişaf Ləngiməsi, preeklampsiyalar, NYCVƏQ, trombozlar, tromboemboliya
- Hormonal konsentrasiyanın fəsadları
- Əvəzedici hirmonal terapiyanın fəsadları
- Əməliyyatdan sonrakı trombozlar və tromboemboliyalar
Preeklampsiyada da proses təxminən eyni olur. Burda əsas səbəb plasentanın (plasentasiya prosesi)yerləşməsi ilə əlaqəli olduğu düşünülür.
Trombofiliya müalicəsində və ya profilaktikasında aşağı doz aspirin ilə birlikdə Kleksan iynələri təyin edilir və çox da yaxşı nəticələr əldə edilir. Bu proseslər ginekoloq və hematoloqun birlikdə təyinatı və nəzarəti ilə həyata keçirilir.
Bu müalicələr ilə ayaqlarda (aşağı ətraflar) yaranan tromblar (dərin venaların trombozu) azalmış olur.
Damardaxili trombozun ən təhlükəli fəsadlarından biri də trombun damar daxilindən qopub ağciyərlərə (ağciyər trombo emboliyası) qədər gəlməsi halıdır, bu vəziyyət qadının ani ölümünə səbəb ola bilir, hətda qadın xəstəxanadan evə buraxılandan sonra da yaxın günlərdə baş verə bilir.
Aspirin müalicəsi hamiləliyin neçənci həftəsinə qədər davam etdirilməlidir?Aspirin hamiləliyin 32-33 -cü həftəsindən sonra dayandırılmalıdır. Əks halda dölün ürəyində olan “ductus arteriosus” damarının doğumdan sonra bağlanmamasına səbəb olur və bu döl anadangəlmə ürək qüsurlu olaraq doğulur.
Hamiləlik qadının həyatını kökdən dəyişən son dərəcə fərqli bir dövrdür. Bu dövr içində fiziki dəyişiklikdən əlavə bir çox psixoloji dəyişiklik də görülür.
Hamiləlik zamanı cinsi sferada da bir sıra dəyişiklik ola bilir. İlk hamiləlikdə cinsi həvəsin azalması baş verə bilər (bəzən arta da bilir).
Hamiləliyini bilən qadında analıq duyğuları üstünlük təşkil etməyə başlayır. İlk hamiləliyini yaşayan qadınlar ətrafdan gələ biləcək hər cürə hadisələrə həssas yanaşaraq, onların körpəsinə zərər verəcəyini düşünür və körpəsini qoruması üçün daha həssas olmağa başlayır. Bu da onun cinsi həvəsinin azalmasına, analıq hisslərinin artması ilə əvəz olunur.
Halbuki, cinsi əlaqə hamiləliyə nə yaxşı, nə də pis təsir etmir.