Hamilələr necə qidalanmalıdır?
Ət, yumurta, lobya (paxla) : Beyin, əzələ, sümük və dişləri inkişafını , qan əmələ gəlməni təmin edir. Orqanizmin protein və dəmir ehtiyacını qarşılayır.
Süd və süd məhsulları: sümük, dişlərin inkişafı və boyatmanı təmin edir. Protein və kalsium qaynağıdır.
Meyvə və tərəvəzlər : Boy atma və inkişaf üçün vitamin ve mineralları təmin edir.
Taxıllar: Kalori ve B qrupu vitaminleri ilə zəngin olduqları üçün Boy atma və inkişaf üçün vitamin ve mineralları təmin edir.
Yağ və şəkərlər : Proseslərin və reaksiyaların gedişi üçün enerji mənbəyidir.
HAMİLƏLİK MÜDDƏTİNDƏ LİFLİ QIDALAR
Hamiləlikdə lifli qidaların qəbulu qəbizliyin və bağırsaq təmbəlliyinin (peristaltika qabiliyyətinin azalması) qarşısını alır.
Əsasən bütün tərəvəz və meyvələr lifli qidalardır. Kəpək çörəyi də lifli qidadır, amma bəzi qidaların bağırsaqdan sorulmasını zəiflətdiyi üçün yeyilməməlidir.
HAMİLƏLİKDƏ MAYE QƏBULU
Hamiləlikdə maye və su qəbulu son dərəcə vacibdir və yararlıdır. Əsasən bol su qəbulu sidik yollarının infeksiyasının, amniotik mayenin azalmasının, erkən doğumun, tənəffüs yolu infeksiyalarının , qəbizliyin, ishal kimi bir çox halların qarşısının alınmasında və müalicəsində böyük əhəmiyyəti vardır. Hamiləlik müddətində gündə 2-3 litr su içilməlidir.
Hamiləlikdə çay, qəhvə, kola içkiləri və kakao qəbulu məsləhət görülmür. Çay tərkibindəki ‘tein’ maddəsinə görə dəmir çatışmazlığına səbəb olur. Digər maddələr isə ‘kafein’ tərkibli olduğu üçün dölün inkişafına mənfi təsir göstərdiyi hesab edilir. Mineral sular içmək olar.
Nanə, limon, itburnu,adaçayı, cökə, papatya kimi bitki çayları da hamiləlikdə içilə bilər.
Hamiləlikdə kalorili qidaları ( şəkərli, un məmulatlı, duzlu) qəbul etməmək lazımdır. Bunun üçün qızardılmış deyil, qaynadılmış qidalara üstünlük vermək lazımdır.
"Hamiləlik pəhriz tutub arıqlamaq üçün doğru zaman deyil"
Arıq çəkili hamiləni hamiləlik müddətində arıqlatmaq doğru deyil, onun çəkisini qorumağa çalışmaq lazımdır. Artıq çəkili hamilələrdə qidalanma zamanı kalorili qidaları azaltmaq, lazımlı qidaları yemək lazımdır.
Hamiləlik müddətində İlk üç ayda 0,5-1 kg, sonrakı aylarda isə ortalama 1.5-2.0 kg çəki almaq normaldır. Çox arıq hamilələrdə , normal qidalanmadıqda düşük, erkən doğum, ölü doğum, əqli çatışmazlıqlı və şikəst döğumlar ola bilir. Belə hamilədə anemiya, sümük və diş tökülmələri, preeklampsiya, mayenin bədəndə toplanması (ödem), halsızlıq müşahidə edilir.
Artıq çəkili hamilələrdə qidalanma zamanı kalorili qidaları azaltmaq, lazımlı qidaları yemək lazımdır. Belə hamilələrdə yüksək təzyiq (hipertenziya), şəkər xəstəliyi, doğum çətinlikləri müşahidə olunur.
HAMİLƏLİK MÜDDƏTİNDƏ QİDALANARKƏN...
Hamilələr qidalanarkən tez tez və az az , tərəvəz, meyvə və təbii qidalanmaya üstünlük verməlidir. Hər dəfə eyni qidanı yeməmək, çeşidləri tez tez dəyişməklə zəngin vitaminli və minerallı qidalanmaq lazımdır. Həddən artıq yağlı, şirin, ədviyyatlı və kalorili qidalar əvəzinə protein ve karbonhidratlarla zəngin, yağlılığı az olan qidalara üstünlük verilməlidir.
Əziz hamilələr, unutmayın ki, qidalanmanızın bu cür diqqətə alınmasında məqsəd sizin çəki almağınız deyil, körpənizin sağlam "qidalanmasıdır".
Preeklampsiya vəziyyəti və riski varsa o zaman protein qəbulunu artırmalısınız. Eləcə də, hamiləliyə bağlı şəkər xəstəliyi (Hestasion Diabet) varsa, dietoloqunuzun məsləhətləri ilə qidalanmanız lazımdır, kalori qəbulunu azaltmanız lazımdır.
Hamiləlikdə qan artıran dərman və fol turşusu qəbulu vacibdirmi?
Hamiləlikdə kənardan dəmir və fol turşusu qəbulu vacibdir. Normal qidalanan hamilələrə bu iki dərmandan başqa vitamin və milneral almağa ehtiyac qalmır.
Normal qidalanmayan hamilələrdə aşağıdakı hallar baş verərsə, o zaman...
Hamiləliyə bağlı ayaqlarda ağrılı əzələ sıxılmasını, qəbizliyi və uşaqlıq gərginliyini (uşaqlıq " tonusu"nu ) aradan qaldırmaq üçün ginekoloqunuz sizə "maqnezium" təyin edəcək.
Magnezium bağırsaqların hərəkətini artırır və qəbizliyi olan hamilələrə yaxşı təsir edir.
Preeklampsiya yaranma ehtimalını "kalsium" azaldır... ehtiyac olduğu halda həkiminiz sizə kalsium təyin edəcəkdir.
Qəbizlik zamanı bol su içmək, qabığı ilə yeyilən meyvələrdən yemək, hər qidalanmada tərəvəzdən istifadə etmək və hər gün 15-20 dəqiqə təmiz havada gəzmək, yorulmamaq, istirahətə diqqət etmək vacibdir.
Gündə 1-2 bardaq süd içməklə hamiləlik müddətində kalsium tarazlığını bərpa etmək mümkündür. Süd əvəzinə süd məhsullarından da istifadə etmək olar (qatıq , kəsmik, xama, süzmə, pendir, ayran ). Mağazadan alarkən süd və süd məhsullarının pasterilizə olmasına diqqət etmək lazımdır. Əgər kənd pendiri yemək imkanlarınız varsa , o zaman təzə pendiri 21 gün duzlu suda saxladıqdan sonra istifadə etməyiniz məsləhətdir.
Yeməklərdə yodlu duzdan istifadə edin. Yüksək təzyiqiniz (hipertenziya) varsa, yemekleri az duzlu bişirin. Əsasən son aylarda ödemi (ayaqlarda şişkinliyi) azaltmaq məqsədilə duz qəbulunu azaldın.
Səhərlər yuxudan oyananda yerinizdən durduğunuz zaman yaranan ürəkbulanmalarında bir az pendir yesəniz mədənizi rahatlaşdıra bilər. Hamiləliyin ilk 3 ayında ürəkbulanma və qusma hallarında qidanızda qatı, quru və yağsız qidalar olsun. Qoxulu qidalardan və vasitələrdən uzak olmanız məsləhət görülür.
Bu dövrdə duzlu kreker, kartof soyutması, ləbləbi, biskvit kimi qidaları qidanıza daxil etsəniz ürəkbulanma və qusma əlamətlərini yüngülləşdirər. Az az və tez tez yemək də sizi rahatlaşdırar.
Hamiləlik dövründə qəbul olunmalı qidalar hansılardır ? Ölçüləri nə qədərdir?
İlk olaraq kalorili qidalardan uzaq durmalı, BKİ - nizi (Bədən Kütlə İndeksi = çəki (kg) / Boy2 (m2)) hesablamaqla çəkini nəzarətdə saxlaya bilərsiniz.
Hamilə qadın yaxşı və düzgün qidalanmadıqda ölü doğum, erkən doğum, əqli inkişaf ləngiməsi və ola bilər. Hamilə qadında isə qanazlığı, yüksək təzyiq, suyun bədəndə ləngiməsi (ödem), yorğunluq, diş və sümük problemləri meydana çıxır.
Qısacası, hamiləlik vaxtı çox və rejimsiz qidalanmaq və hamiləlik sonrası əvvəlki çəkiyə tez düşmək üçün az qidalanmaq da doğru deyil.
Hamiləlikdə fast food qidaları zərərlidir...
Müəyyən edilmişdir ki, fast food qidaları hazırlanan yeməkxanalarda qızartmalar hazırlanan yanmış yağlardan dəfələrlə istifadə edilir. Bu da Döl üçün "terotogen" təsir göstərir və hələ anadan olmamış dölə zərərli maddələr (kanserogen) hesab edilir.
Buna görə də yüksək istilikdə dəfələrlə yanmış yağlarda qızardılmış nişastalı qidalar, cipsilər, fast food məhsulları, izqara məhsulları, sobada qızardılmış kartof məhsulları, filtrli kofelər , pirajkilər, biskvitlər və s. hamiləlik və əmizdirmə gövründə (laktasiya) istifadə olunmamalıdır.
Evdə qızardılmış kartof qızartmaları daha az istilikdə qızardıldığı üçün təhlükə yaratmır.
Daha əvvəl deyildiyi kimi hamiləlik pəhrizlə arıqlamaq üçün düzgün seçilmiş dövr deyil, bu dövrdə hamilələrin müəyyən qədər (təxminən 10 kg) çəki alması normal hesab olunur. Əgər çəki almağa meylli orqanizminiz varsa, bu zaman kalorili qidalardan uzaq tutmalı olacaqsınız.