Hamiləlikdə lazım olan dərmanlar

HAMİLƏLİKDƏ C VİTAMİNİ

C vitamini dəmirin bağırsaqlardan sorullmasınında, orqanizmin immun sisteminin artırılmasında və metabolizmimizdəki bir çox biokimyəvi reaksiyaların getməsi üçün lazımlı bir vitamindir.

C vitamini portağal, limon, pomidor, çiyələk, qırmızı və yaşıl bibər, qreyfurt, kələm, gül kələmi, brokoli və s. təzə meyvə və tərəvəzlərdə vardır. Orqanizmdə depolanmadığı üçün hər gün qəbul olunmalıdır.


HAMİLƏLİKDƏ FOL TURŞUSU ( FOLİK ASİT)

Dölün mərkəzi sinir sisteminin inkişafında , xüsusi ilə də hamiləliyin ilk həftələrindən etibarən "B9 vitamini" yəni fol turşusu alınması çox vacibdir. Orqanizmdə depolanmadığı üçün hər gün qəbul olunmalıdır.

Təzə tərəvəzlər fol turşusu ilə zəngindir., amma uzun müddətli bişən qidalarda təsiri azalmış olur. Ən çox ispanaq, gül kələmi, fındıq, yer fısdığı, kəpəkli çörəkdə fol tursusu mövcuddur.

Hamilələrdə fol turşusu çatışmazlığında " Sinir Borusu Defekti"ndə bir sıra anomaliyalar (hidrosefaliya, spina bifida, anensefaliya) ortaya çıxa bilir. Ayrıca bu hamilələrdə preeklampsiyanın daha sıx inkişaf etməsi müəyyən olunmuşdur.

Hamiləliyi planlaşdırarkən 3 ay öncədən fol turşusu qəbulunun böyük əhəmiyyətinin olduğu öz təsdiqini tapmışdır.


Hamiləlikdə Aspirin niyə təyin edilir?
Aspirin (asetil salisil turşusu - antiaqreqant) qanı durulaşdırmaq məqsədilə təyin edilir. Hamiləlikdə Aspirin, qanın laxtalanması durumlarında və buna bağlı yaranan patologiyalarının qarşısını almaq məqsədilə abort (düşük), uşaqlıq daxili inkişaf geriliyi və ya preeklampsiya kimi riskli durumlarda hamilələrə təyin olunur. Hamiləliyin II və III trimestrlərində istifadəsi uyğun salınır. I trimestrdə isə hamilə qadınlara qanı durlaşdırmaq məqsədilə Kleksan (Klexan -antikoaqulyant ) təyin olunmalıdır. I trimestrdə Aspirin təyini dovşandodaqlılıq və qurdağızlıq , ürək qüsurları və s. kimi bir çox anomaliyaların meydana çıxmasına səbəb olduğu hesab edilir.

Qan durulaşdırıcıların təyininin məqsədi dölün uşaqlıq daxilində inkişafını təmin etməkdir. Belə ki, Preeklampsiya və ya dölün bətndaxili inkişafdan qalmasının səbəbi plasentada yaranan laxtanın dölə gedən qan axımını azaldaraq, onun uşaqlıq daxilində inkişaf ləngiməsinə və hətda ölməsinə də səbəb olur.

Aspirin (antiaqreqant) qəbulu və ya Kleksan (antikoaqulyant) istifadəsi doğuşa və ya keysəriyyə əməliyyatına 1-2 həftə qalmış dayandırılmalıdır.