Hamiləlikdə Cinsi Əlaqə
Hamiləlikdə cinsi əlaqə olarmı?
Əgər hamiləlikdə düşük, erkən doğum təhlükəsi yoxdursa,cinsi əlaqə olar.
İzahı: orqazm mərhələsində uşaqlıq boynu və uşaqlıq əzəzlələrinin aktiv yığılıb açılması səbəbindən düşük və erkən doğum baş verə bilər.
Hamiləlikdə cinsi əlaqənin mənfi təsiri varmı?
Hamiləlik irəlilədikcə və hamilə qadın hamiləliyini qəbul etdikcə cinsi istək bir az arta bilər, amma qarnının böyüməsi səbəbindən cinsi əlaqəni icra etmək çətinləşir. Get-gedə ağrı və diskomfort yaranmasına səbəb olur, bu səbəbdən də doğuma yaxın dövrdə cinsi həvəs azala bilər.
Hamiləlik boyunca heç bir düşük təhlükəli proseslər olmazsa, doğuma 4 həftə qalmışa qədər cinsi əlaqəyə qadağan qoyulmur. Kişinin sperm mayesində “prostaqlandin” adlı maddə uşaqlıq əzəzlələrinin spazmına səbəb ola biləcəyi və bu səbəbdən də erkən açılışa səbəb ola biləcəyi düşünülür, buna görə də cinsi əlaqənin dayandırılmağı məsləhət görülür.
Heç bir düşük təhlükəsi olmayan, amma anamnezində bir neçə düşük epizodu olan hamiləyə və əvvəllər erkən doğum edən hamiləyə orqazma bağlı düşük riskləri səbəbi ilə ilk 3 ayda cinsi əlaqəyə icazə verilmir.
Hal hazırkı hamiləliyində qamilə qadında vaginal qanama halı olubsa, düşük və ya erkən döğum təhlükəsi olan hamilə qadınlarda cinsi əlaqə tamamı ilə qadağan olunur. Bu qadağan vaginal qanama səbəbi tamailə aradan qalxana qədər davam edir.
Kişidə və hamilə qadında “genital infeksiya” diaqnozu qoyularsa, müalicə tamamən bitənə qədər cinsi əlaqəyə icazə verilmir.
“Plasenta Previa” (plasentanın öndə gəlməsi) durumunda da qanamaya səbəb olacağı ehtimalı olduğuna görə cinsi əlaqəyə icazə verilmir.
Hamilə qadın psixoloji qorxular səbəbi ilə cinsi əlaqədən qaçırsa, onu anlamaq lazımdır.
Hamilə qadın əvvəllər erkən doğum edibsə, süd vəzi gilələrinin qıcıqlanması (cinsi əlaqədə) doğum sancılarını yarada bilər.
Cinsi əlaqə dölə zərər verirmi?
Xeyr, cinsi əlaqə zamanı kişinin penisi dölə təmas etmir. Çünki döl, 4sm uzunluğunda olan uşaqlıq boynu, uşaqlıq əzələləri, amnion kisə, amniotik maye tərəfindən qorunur.
Uşaqlıq boynu eləcə də, kanalında olan “servikal selik-tıxac” vasitəsilə spermanın və bakteriyaların uşaqlıq daxilinə keçməsinin qarşısını alır.
Hamiləliyin hər hansı bir dövründə:
Vaginal qanama, amniotik mayenin axması uşaqlıq boynu çatışmazlığı (normadan qısa və genişlənməsi). Uşaqlıq boynu çatışmazlığı hamilələrdə erkən doğum və düşük təhlükəsi yaradan risk faktorudur.
Əkiz hamiləliyi olan hamilə qadın erkən doğum ehtimalının çox olduğu digər durumlarda da hamiləliyin 24 həftəsindən sonra cinsi əlaqə qadağan oluna bilər.
Hamiləlikdə Hepatit B, Hepatit C, HİV və Herpes mikroorqanizmləri cinsi əlaqə ilə keçən və doğuş yollarıyla (vagina) dölə keçməsi ehtimalları yüksək olur, çünki hamiləlikdə immun sistem müəyyən qədər enmiş olur. Bu infeksiyalar dölə zərər verən infeksiyalardır.
Hamiləlik boyu hamilə qadınların cinsi həvəsləri və arzuları hər 3 trimestrdə fərqli olur.
İlk trimestrdə cinsi istək və arzularda azalma ola bilər. Hormonal dəyişikliklərlə əlaqədar olaraq hamilə qadında halsızlıq, ürəkbulanmalar, qusma, özünü bitkin və gcsüz hiss etməsi , çirkin hiss etməsi və depressiya cinsi arzuları azalda bilir.
İkinci trimestrdə hamilə qadındasüd vəzilərdə və uşaqlıqda qan dövranı artdığına görə cinsi arzular və istəklər arta bilər.
Üçüncü trimestrdə cinsi istək və arzular yenidən azalmağa başlayır, böyümüş qarın cinsi əlaqəni çətinləşdirir, bel , qarın, kürəkdə olan ağrılar, bu dövrdə artan vaginal axıntılar , göbələk infeksiyası ilə əlaqədar olan vaginal qaşınmalar, bunların hamısı cinsi əlaqədə diskomfort yaradaraq, qadını cinsi əlaqədən qaçındırır.
Hamiləlikdə hansı poz daha uyğundur?
Hamilə qadının üstdə, ya da yanda olduğu poz hamilə qadına daha rahat pozdur, həm də dölün qan dövranını pozmayacaqdır.
Standart poz (kişinin üstdə) hamilə qadına rahat olmur, dölün qan dövranını pozacaqdır.
Cinsi əlaqə, Cinsi istək və arzular insanın doğuşdan bəri onun proqramında vardır. Bu istəklər qadının və kişinin nəsil törətmə xüsusiyyətinə malik olmasındandır. Təəssüf olsun ki, həkimlər də (yəqin ki ayıb hesab etdiyindən, ya da lazımsız hesab etdiyindən) hamilə qadına hamiləlik dövründə cinsi əlaqə haqqında heç bir informasiya vermir, hamilə qadın da öz növbəsində cinsi əlaqənin onun kğrpəsinə zərər verəcəyini düşünərək və hamiləlikdə cinsəllik haqqında heç bir məlumatı olmadığından cinsi əlaqədən uzaqlaşır.
Doğumdan nə qədər sonra cütlər cinsi əlaqəyə girə bilər?
Narahatlıq verən heç bir səbəb və əlamət yoxdursa, həm təbii doğuşdan, həm də keysəriyyə kəsiyi əməliyyatından 20-25 gün sonra cütlər cinsi əlaqəyə başlaya bilərlər.