İlk məlumatlar
--- Son Aybaşı Tarixinə (SAT) görə hamiləlik nə zaman başlayır?
--- Müddət nə qədərdir?
--- Körpənizin Təxmini Doğum Tarixini (TDT) hesablaya bilərsiniz...
--- Hamiləliyin Erkən Əlamətləri hansılardır?
--- Hamiləlik Testləri
--- Hamiləlik boyu ginekoloqa neçə dəfə getməli ?
Hamiləlik, ovulyasiya ( follikul çatlaması) zamanı yumurtalıqlardan xaric olan yumurta hüceyrənin (oosit), kişidən gələn sperma ilə uşaqlıq borularında mayalanması nəticəsində embrionun yaranması ilə birlikdə ana orqanizmində baş verən dəyişikliklə gedən mürəkkəb bir prosesdir.
Uşaqlıq daxilində yerləşən "körpəyə" 8 həftəyə qədər "Embrio", 8 həftədən doğuma qədər "Fetus" , yəni "Döl" , doğumdan sonra isə "Yenidoğulmuş" adı verilir.
Hamiləlik çox mürəkkəb bir proses olub, qadının təkcə reproduktiv orqanlarını və sistemini deyil, eləcə də, bütün orqan və sistemlərə təsir edir.
Normal hamiləlik neçə gün davam edir?
Hesablamalarla son aybaşı tarixindən 40 həftə, gün sayı ilə 280 gün, ovulyasiyadan (follikul çatlamasından) isə 38 həftə davam edir. Amma doğum tarixi hər hamilədə fərqli zamana rast gələ bilir.
Hansı qadınlarda Təxmini Doğum Tarixi Son Aybaşının ilk günündən hesablanır?
Son aybaşı tarixini dəqiq bilən, aybaşı dövrü düzənli olan qadınlarda və Oral Kontraseptivlərdən (Hamiləlikdən Qoruyan Dərmanlar) istifadə etməyən qadınlarda Təxmini Doğum Tarixi son aybaşının ilk günündən hesablanır.
Aybaşı dövrü düzənli olmayan və hamiləlikdən öncə Oral Kontraseptiv istifadə edən qadınlarda isə Təxmini Doğum Tarixi ultrasəs Müayinəsinin nəticələrinə əsasən ginekoloqunuz tərəfindən digər göstəriciləri dəyərləndirdikdən sonra təxmini təyin olunur.
Son Aybaşı Tarixi hansı gündür?
Son Aybaşı tarixi (SAT) son aybaşının ilk günüdür. Son aybaşı tarixi ilə həm hamiləlik həftələri, həm də Təxmini Doğum Tarixi hesablanır.
Təxmini Doğum Tarixinin daha başqa hesablanma üsulu da vardır..
"Nagele üsulu" adı verilən üsul ilə, son aybaşı tarixini dəqiq bilən hamilədə bu tarixə 7 gün əlavə etsək və aylardan 3 ay geriyə çıxsaq təxmini doğum tarixi hesablana bilər. Məsələn: əgər sizin son aybaşınız 10 avqustda olubsa, deməli hesablamamız belə olacaq:
10.08.2022 + 7 gün - 3 ay
Bu zaman ,
10.08.2022 + 7 gün = 17.08.2022 Doğum gününü tapdıq
indi doğum ayını tapırıq,
17.08.2022 - 3 ay = 17.05.2023 Təxmini Doğum Tarixini tapdıq.
Normal doğum vaxtı 38-42 həftə arasıdır.
38 həftədən tez baş verən doğum Vaxtından Əvvəl
42 həftədən sonra baş verən doğum Vaxtını Ötmüş doğum adlanır. belə hallarda doğum gecikdirilmədən Keysəriyyə kəsiyi əməliyyatı ilə tamamlanmalıdır.
Hamiləliyin erkən əlamətləri hansılardır?
Hamiləliyin ilk əlaməti aybaşı gecikməsidir.
Hər aybaşı gecikməsi də hamiləlik deyildir. Aybaşı gecikməsinin səbəbləri bunlar da ola bilər: hormonal pozğunluq, stres, iqlim dəyişmək, psixoloji gərginliklər, ağır arıqlama pəhrizləri, bəzi dərmanlar.
Digər ilk əlamətlər isə bunlardır: Aybaşı gecikməsi, ağızda dad dəyişikliyi, yuxululuq, halsızlıq, mədə bulanması, qusma, tez tez sidiyə getmək, süd vəzilərinin şişkin və həssas, bəzən də ağrılı olması, daha sonralar isə qarının get gedə böyüməsi baş verir.
Reproduktiv yaş dövrü ( Nəsiltörətmə dövrü) 18-25 yaşlar arasıdır. !8 yaşdan aşağ və 30 yaşdan yuxarı hamilələrdə hamiləliklər çox vaxt patoloji olaraq davam edir, bir çox patoloji halların inkişaf etməsi ilə hamiləlik bəzən erkən sonlana bilər, bəzən isə daha ağır hallarla qarşımıza çıxa bilər (məs: Preeklampsiya, Eklapsiya, HELLP sindromu və s.).
Ginekoloqa nə zaman getməli?
Hamilə qalmağı planlaşdırdığınız zaman, ya da hamilə olduğunuzu bildiyiniz zaman ginekoloqa müraciət etməlisiniz.
Hamiləlik Testləri
hamilə olsuğunuzu nə qədər tez öyrənsəniz, hamiləlik təqibi də o qədər tez başlayar və gələcək körpənizin sasğlam doğulması üçün lazım olan analizlər və s. vaxtında veriləcək. Buna görə də 1-5 gün aybaşı gecikməsi olan qadın vaxt itirmədən hamiləlik testi (sidikdə HCG Testi) etməlidir.
Hamiləliyi təsdiqləmək üçün Hamiləlik Testini ( qanda HCG) etmək vacibdir. Qanda HCG testi ən tez aybaşıya 2 gün qalnış verilə bilər.
Hamiləlik zamanı qadın orqanizmində gedən mürəkkəb dəyişiklik nəticəsində aybaşı dayanır və hamilə qadın normalda doğum bitənə qədər aybaşı görmür.
Hamiləlik boyunca Hamilə qadın ginekoloqa neçə dəfə getməlidir?
Çox yaxşı olar ki, Hamiləlik öncədən planlaşdırılaraq baş versin. Bu zaman ginekoloq qadından ətraflı, dəqiq anamnez toplayır, irsi xəstəliklərinin olub olmamasını, keçirilmiş ginekoloji və cinsi yolla keçən xəstəlikləri, uşaqlıq yaşlarında keçirdiyi infeksion xəstəlikləri, autoimmun xəstəliklərini, hormonal statusunu öyrənir, qan testləri ilə tanış olur, orqanizmində olan xroniki prosesləri bilir, menarxe dövründən aybaşı dövrünün gedişatını öyrənir və bütün bu öyrəndiklərinindən istifadə edərək, qadının orqanizmini hamiləliyə hazırlayır (Pregravidar Hazırlıq Mərhələsi) və hamiləliyini tamamilə öz kontroluna götürür və hamiləlik təqibinə başlayır.
Normal hamiləlik təqibi zamanı hamilə qadın ginekoloqa hamiləlik boyunca 7 dəfə gəlir.
İlk müayinəyə hamilə olduğunu öyrənən kimi gəlməlidir. Bu zaman ginekoloq pasientdən qanda HCG Testi istəyəcək. Ola bilər ki, cavaba əsasən 48 saatın tamamında qanda HCG Testi təkrar istənilsin. Cavab normal çıxarsa, ginekoloqun dediyi vaxt hamilə qadın Ultrasəs Müayinəsindən (USM) keçir. "Döl kisəsinin" uşaqlıq daxilində görünməsi ginekoloqun və hamilənin narahatlıqla gözlədiyi xoş xəbərdir. Çünki, bu dövrdə USM-nin aparılmasının məqsədi də "Boru Hamiləliyini" inkar etməsidir.
32-ci həftəyə qədər ayda bir dəfə , 32-36 həftələr arası isə 15 gündən bir, 36-cı həftədən doğuma qədər ginekoloqunuz tərəfindən sizin və dölün vəziyyətinə uyğun olaraq təyin etdiyi vaxtlarda (əsasən həftədə bir dəfə) gəlməniz istənilə bilər.
Hamiləlik təqibində bəzi tarama Testləri yoxlanılır, dölün inkişafına nəzarət edilir, xromosom anomaliyasının olub olmamsına nəzarət edilir və bunlara aid müayinələr və müalicələr təyin edilir. Öz sağlamlığınız və körpənizin sağlamlığı üçün ginekoloq təqibində vaxtında olmağınız vacibdir.
Hamiləlik Dövrü
1-ci Trimestr ( 13 həftəyə qədər)
2-ci Trimestr ( 13-28 həftə arası)
3-cü Trimestr ( 28-40 həftələr arası)
1-ci Trimestrdəki dəyişikliklər:
Yorğunluq, halsizliq, baş gicəllənmə
Ürəkbulanma, qusma, iyrənmək
Tez tez sidiyə getmək
Süd vəzilərdə şişkilkik, həssaslıq, ağrı
Baş ağrısı və bəzən arterial təzyiğin enməsi
Yuxululuq, qoxulara həssaslıq
Cüzi qanlı ləkələnmə
Aybaşı ağrısına bənzəyən qasıq üstündə ağrılar
Bir birini əvəzləyən ruh halının dəyişməsi (ağlağanlıq, küsmək, şənmənmək)
İlk üç aylık dönem vücudumuzda önemli değişikliklerin olduğu ve gebeliğe adaptasyonun gerçekleştiği bir dönemdir. Kişi bu dönemde gebeliğin ilk heyecanını yaşarken bir takım sorunlarla da karşı karşıya kalabilir.
Hamiləlik dövründə hamilə qadını narahat edən nə olur?
Ürəkbulanmanın səbəbi nədir və nə zaman bitəcək?
Hamiləlik vaxtı plasentada əmələ gələn Xorionik Qonadotrotin hormonunun təsiri, hamilənin hormon dəyişikliyi ilə bağlı olan psikoloji durumu, B6 vitamini çatışmazlığı, mədə bağırsağ peristaltikasının (irəliyə hərəkəti) ləngiməsi - həzmin pozulması, köpün olması, eləcə də, tiroid vəzin funksiyasının artması ( Hipotireoz vəziyyəti) səbəb olaraq göstərilir.
Ürəkbulanmalar çox vaxt 4 – 8 həftəlikdən başlayır və 14 – 16 həftədə azalır. Amma bəzən ürəkbulanma və qusma 2-ci Trimestrdə ( 2-ci 3 aylıqda) başlayır, bəzən isə bütün hamiləlik boyu davam edir (mədə bağırsağında öncədən olan narahatlıqla bağlı). Əgər ürəkbulanma və qusma hamiləliyə bağlı olara 2-ci və 3-cü trimestrdə yaranıbsa, bu zaman ciddi nəzarət altında müalicələr başlanılır.
Ürəkbulanma və qusmanı azaltmaq üçün tez-tez və az-az gün ərzində qidalanmaq lazımdır. Mədəni boş qoymamağa diqqət etməli, sulu, tərəvəzlə, proteinlə zəngin , mineral sulardan istifadə etməli, kəskin və yağlı qidalara üstünlük verməməklə, ginekoloqunuzun təyinatını da qəbul etməlisiniz.
Duzlu kreker, quru meyvə, az dəmli çay , katı sıyıqlar da ürəkbulanmanısı azalda biilər. Səhərlər, yerinizdın durmadan az dəmli çayla günə başlaya bilərsiniz. Şirin qidalardan uzaq durmanız məsləhətdir.
Qoxusu kəskin olan yerlərdən uzaq durun (mətbəx, ayaqyolu, metro və s.)
Hamilə qadın sidiyə çıxmağa tənbəllik etməməlidir...
Tez-tez sidiyə çıxmaq hamiləliyin yuxarı aylarında böyümüş uşaqlığın sidik kisəsini sıxması ilə əlaqəli olur. Bu dövrdə sidik istəyi hiss etdiyiniz zaman mütləq sidiyə getməkdən yolulmayın və tənbəllik etməyin. Çünki, bu zaman sidik kisəsinə toplanmış sidik bir müddətdən sonra köhnəlmiş sidik şəklində sidik axarlarına və böyrəyə qayıdaraq böyrəklərdə iltihabi prosesin və böyrək ləyənlərində genişlənməyə və hidronefrozun inkişaf etməsinə səbəb olur.